İçeriğe geçmek için "Enter"a basın

Mahaçqalanın merinə qarşı ittiham irəli sürülüb

25-01-2018

[r32]

25 Yanvar, 2018  12:32 xeber – Mahaçqalanın meri Musa Musayevə qarşı vəzifə səlahiyyətlərini aşmaqla bağlı ittiham irəli sürülüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat verilib.
İstintaqın məlumatına görə, onun hərəkətləri nəticəsində Dağıstan Respublikası, təqribən, 80 milyon rubl (təxminən 1 mln. 425 min ABŞ dolları) məbləğində ziyan çəkib.
Qeyd edilib ki, iş üzrə M.Musayevin tabeliyində olan şəxslərin, eləcə də meriyanın torpaq sahəsinin verilməsi ilə bağlı sənədlərin hazırlanması ilə məşğul olan səlahiyyətli nümayəndələrinin mülklərində axtarışlar aparılıb.
Daha əvvəl məhkəmənin qərarı ilə Musa Musayevin 10 gün müddətinə həbs olunduğu bildirilib.

mənbə :
Report.az

Mahacqalanin merine qarsi ittiham ireli surulub