İçeriğe geçmek için "Enter"a basın

Bakıda mənzildən oğurluq edən qadın tutulub

25-01-2018

[r32]

25 Yanvar, 2018  12:12 xeber – Bakı şəhərində mənzildən oğurluq edən qadın tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, paytaxt sakini olan qadının evindən pul oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Məlumatla əlaqədar Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla dekabrın 4-dən 21-dək olan müddətdə A.Rzayevanın mənzilindən seyfdə olan 680 manatın və noutbukun oğurlanması məlum olub.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun əvvəllər həmin evdə dayə kimi çalışan qadın tərəfindən edilməsi müəyyən edilib və görülmüş tədbirlərlə Siyəzən rayon sakini Lamiyə Əliyeva saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

mənbə :
Report.az

Bakida menzilden ogurluq eden qadin tutulub