İçeriğe geçmek için "Enter"a basın

'Bridgewater Associates': İstiqraz bazarı 1981-dən sonra ən ağır böhrana yaxınlaşır

25-01-2018

[r32]

25 Yanvar, 2018  10:55 xeber – Qlobal istiqraz bazarını son 40 ilin ən genişmiqyaslı böhranı gözləyir. 
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı dünyanın ən iri hedc fondlarından biri olan “Bridgewater Associates”in təsisçisi Rey Dalio (Ray Dalio) Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumunda “Bloomberg” agentliyinə müsahibəsində deyib.
O, bildirib ki, hazırda “ideal vəziyyət” yaranıb: “İnflyasiya problem yaratmır, iqtisadi artım yaxşıdır. Amma, gərək xatırlayaq ki, iqtisadi tsiklin hansı mərhələsindəyik. Fikrimcə, iqtisadiyyat son mərhələsindədir. İqtisadi gücə yüklənmələr və işsizlik səviyyəsinə diqqət etmək lazımdır. Qlobal qitisadiyyat daha bir neçə il vergi islahatı kimi qısamüddətli stimullaşdırmalar hesabına inkişaf edə bilər”. 
Bu mərhələdə R. Dalio, mərkəzi mankların monetar siyasətlərini sərtləşdirəcəklərini, yəni uçot dərəcəsini artıracaqlarını gözləyir. Onun fikrincə, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması gözlənildiyindən sürətlə baş verəcək: “Tarix göstərir ki faizlər, gəlir əyrisində nəzərdə tutulandan tez artırıldıqda, aktivlərin qyimətinə mənfi təsir edir. Bu da nəinki istiqrazlara, bütün aktivlərə təsir göstərəcək”. 
R.Dalio həmçinin bildirib ki, uçot dərəcəsinin 1% artırılması investorlara 1,2 trln. dolar, “Goldman Sachs”a isə 2,4 trln. dollar zərər vuracaq.

mənbə :
Report.az

'Bridgewater Associates': İstiqraz bazari 1981-den sonra en agir bohrana yaxinlasir