İçeriğe geçmek için "Enter"a basın

Yapon dənizində itkin düşən Rusiya gəmisində olan azərbaycanlıların adları məlum olub - SİYAHI

25-01-2018

[r32]

25 Yanvar, 2018  10:43 xeber – Yapon dənizində itkin düşən Rusiyanın “Vostok” balıqçı gəmisində olan azərbaycanlıların adları məlum olub.
“Report” xəbər verir ki, ilkin məlumatlara görə, itkin düşən gəminin ekipaj üzvləri arasında iki azərbaycanlı var.
Bunlar 1972-ci il təvəllüdlü dənizçi Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü dənizçi Ruslan Əlizadədir.
Ekipajın digər üzvləri, əsasən, Rusiyanın Saxalin vilayətinin Nevelski rayonunun sakinləridir.
Gəminin göyərtəsində ümumilikdə 21 nəfər olub.

mənbə :
Report.az

Yapon denizinde itkin dusen Rusiya gemisinde olan azerbaycanlilarin adlari melum olub – SİYAHİ