İçeriğe geçmek için "Enter"a basın

ATƏT-ə sədrlik İtaliyaya keçib

01-01-2018

[r32]

1 Yanvar, 2018  00:10 xeber – Bu gündən etibarən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib.
“Report” xəbər verir ki, rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək.
Qeyd edək ki, İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq.
Xatırladaq ki, ATƏT-də sədr dəyişikliyi rotasiya qaydasında hər il həyata keçirilir. Bir ölkənin təşkilata sədrliyi bu ilin yanvarın 1-dən növbəti ilin eyni tarixinədək davam edir.  

mənbə :
Report.az

ATET-e sedrlik İtaliyaya kecib