[r32]
“Lotu Quli”nin vaxtından əvvəl həbsdən azad edilməsi Rusiyanın Yekaterinburq şəhərində böyük coşğuyla qarşılanıb. Lent.az-ın məlumatına görə, bu barədə yerli KİV xəbər yayıb.
Məlumata görə, hələ həbsdəykən Ural regionunu meyvə-tərəvəzlə təmin edən 4 saylı bazaya əl qoyan “Qulu” ora yeni “smotryayuşi” də təyin edib. Bu, 47 yaşlı Rəhman Abdullayevdir.
Lent.az-ın məlumatına görə, “Quli” həbsdən çıxan gün Yekaterinburqdakı restoranların birində Rəhman Abdullayev tərəfindən böyük bir ziyafət də verilib. Ziyafətdə Abdullayev bəyan edib ki, “Quli” ən qısa zamanda Yekaterinburqa gələcək.