İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı qızdan “O səs Türkiyə”də möhtəşəm performans – Video

01-11-2017


[r32]
TV8-də “O səs Türkiyə”nin növbəti buraxılışı yayımlanıb.

Musavat.com xəbər verir ki, bu dəfə yarışmaya Aila Rai adlı azərbaycanlı qatılıb. O, uşaqlıqdan musiqi ilə məşğul olduğunu və musiqisiz yaşaya bilmədiyini bildirib: “Səhnə məni həyəcanlandırmır, amma mikrofon həyəcanlandırır. Çünki səsimin necə çıxacağını bilmirəm. Buna görə də həyəcanlanıram”.

Aila “”Mamma knows best” mahnısını ifa edib. O, ifası ilə 4 münsifi də özünə tərəf döndərə bilib.

“Mən müsabiqəyə qatılanda dedilər ki, Yıldız Tilbe sənə tərəf dönməz. Mən də döndərəcəyimi söylədim. Onun dönüşünə çox sevindim”, – deyə azərbaycanlı iştirakçı qeyd edib.

Münsiflər Raini komandasında görmək üçün mübarizə aparıb. Həmyerlimiz sonda Yıldız Tilbenı seçib.

Azərbaycanlı qızdan “O səs Türkiyə”də möhtəşəm performans – Video