İçeriğe geçmek için "Enter"a basın

Qenire Paşayeva Türkiyede imza günü keçirdi

21-05-2015


21.05.2015 / 13:24 xeber –

 

Türkiyədə kitab sərgisində yüzlərlə oxucunun iştirakı ilə millət vəkili Qənirə Paşayevanın Türkiyə türkcəsində çap olunmuş “Allah seven kalplerdedir”, ”Aşk Başka” və həmmüəllifi olduğu ”Hocalı soykırımı tanıkların dilinden” və bir sıra kitablarının tanıtımı və imzalanması olub.

 

Lent.az-ın məlumatına görə, Q. Paşayeva kitabların satışından əldə edilən gəliri imkansız ailələrə bağışlayacağını deyib. Tanıtım və imzalanmaya Türkiyənin bir sıra millət vəkilləri ilə bərabər, Malatya, Battalqazi, Yeşilyurt bələdiyyə başçıları, Malatya valisi, yüzlərlə sadə insan da qatılıb.

 

Q. Paşayeva Azərbaycanın müstəqillik yolundan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı soyqırımından, kitablarından geniş danışaraq "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir" deyib.

 

Millət vəkili tədbiri geniş işıqlandıran KİV təmsilçilərinin suallarını da cavablandırıb və 5 televiziya kanalının canlı yayımında çıxışlar edib. O, Türkiyənin bəzi bölgələrindən də  kitablarının təqdimat və imzalanması üçün dəvət aldığını bildirib. 

Mənbə : Lent.az

Qenire Paşayeva Türkiyede imza günü keçirdi