İçeriğe geçmek için "Enter"a basın

"Beşiktaş"ın baş meşqçisi deyişdirilir

21-05-2015


21.05.2015 / 13:16 xeber –

“Beşiktaş” prezidenti Fikrət Orman komandanın baş məşqçisi Slaven Biliçin aqibəti ilə bağlı açıqlama verib.

 

Lent.az hurriyet.com.tr-yə istinadən xəbər verir ki, xorvatiyalı futbol mütəxəssisi ilə klubun adına layiq formada vidalaşacaqlarını deyib. Klubun keçmişdəki kimi qalmaqala yol verməyəcəyini deyən F.Orman mövsümün başa çatmasını gözlədiklərini də sözlərinə əlavə edib: “Bu ayrılıq “Beşiktaş”a yaraşan formada baş verəcək. Yeni baş məşqçinin kimliyinə gəlincə, onu deyə bilərəm ki, qarşıda komandamızı iki vacib oyun gözləyir və Çempionlar Liqasına vəsiqə qazanmağa çalışacağıq. Çempionat bitəndən sonra isə “Beşiktaş”a yaraşacaq və birmənalı şəkildə qəbul ediləcək məşqçi ilə müqavilə bağlayacağıq”.

Mənbə : Lent.az

"Beşiktaş"ın baş meşqçisi deyişdirilir