İçeriğe geçmek için "Enter"a basın

Çingiz: “ANS-in rehberliyi ile bele qerara geldik ki…”

21-05-2015


xeber –

“Üzüm gülmür ki, efirə çıxım” Bu sözlər tanınmış aktyor Çingiz Əhmədovun fikirləridir.

ANS TV-də yayımlanan “Xalqın artisti” layihəsinin aparıcısı Çingiz Əhmədov ANS PRESS-ə açıqlamasında belə deyib.

“ANS-in rəhbərliyi və yaradıcı heyət belə qərara gəldik ki, məlum faciə ilə “Xalqın artisti” layihəsini təxirə salaq. Bu faciə hamımızın matəmidir. Mən öz maşınımda olanda, teatrda məşq etdikdə belə faciə beynimdən çıxmır. Üzümüz gülmür… Bilirsiz ki, bizim layihə şou xarakterlidir, pozitiv verilişdir. Belə günlərdə tamaşaçıların qarşısına çal-çağırla çıxa bilmərik. Bu səbəbdən də rəhbərliklə belə qərara gəldik ki, bu həftə efirə çıxmayaq” -deyə, aparıcı bildirib.

Əməkdar artist aparıcısı olduğu verilişin gələn həftədən yayımlanacağını deyir: “İnşaAllah gələn həftə efirdə olacağıq. Gələn həftənin 5-ci günü, 29 mayda saat 16.20-də “Xalqın artisti” tamaşaçılara. İyun ayının 4-dən əvvəlki efir vaxtımıza qayıdacağıq”.

Mənbə : Anspress.com

Çingiz: “ANS-in rehberliyi ile bele qerara geldik ki…”