İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanın qehremanları – Video

21-05-2015


xeber –

May ayının 19-da Bakıda baş verən faciəyə heç kim biganə qala bilmədi. Böyüklü kiçikli hamı ölənlərə üzülür, yaralılar üçün dua edir, günahkarları qınayır və onların cəzalanmasını gözləyir….

Bu faciədə xilasedicilər, polislərlə yanaşı sadə insanlar belə qorxmadan canlarını təhlükəyə atdılar, alovlanan binada qalanların xilası üçün canla-başla, qorxmadan çalışdılar.
Ən əsası özlərini itirməyib vaxtında düzgün qərar verərək insanlara kömək etdilər. ANS TV-də yayımlanan “Düzbucaq” qəhərəmanlarımızı sizə təqdim edir.

Günün qəhrəmanlarından biri 21 yaşlı Kamran Babayevdir. O tikintidə fəhlə işləyir. Bina yanmağa başlayanda qıraqdan dayanıb təlaş içində binaya baxanların arasından qaçıb binaya girib və bir neçə insanı xilas edib. Hətta bunun üçün liftin şaxtasındakı trosla yuxarı qalxdığını deyir. Özünün də ayaqları və əlləri yanıb.

Şahin Şahverdiyev – Fövqəladə Hallar Nazirliyinin xilasedicisi. Bu oğlan həm də təvazökardır. O, deyir bu mənim vəzifə borcumdur. “Və bütün əməkdaşlarımız əlindən gələn köməyi edib. Mənim etdiyim heç də şücaət deyil”.

Samir Hüseynov – şəxsi maşını ilə su daşımaqla yanğını söndürməyə kömək olub.

Azərbaycan polisi də yanğında xilasedicilərlə çiyin-çiyinə olub. Polis Şahin Qocayev də 4 nəfərin həyatını xilas edib. Özü də zəhərlənib və xəstəxanaya yerləşdirilib.

Mənbə : Anspress.com

Azerbaycanın qehremanları – Video