İçeriğe geçmek için "Enter"a basın

ATV-den Metanet AÇIQLAMASI: "Kontekstden çıxarılıb"

21-05-2015


21.05.2015 / 13:04 xeber –

"Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında Bədii Şuranın iclası keçirilib. 
 

 

Lent.az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, iclasda 20.05.2015 tarixində yayımlanan "Gündəlik" verilişi müzakirə olunub. İclasla bağlı telekanalın yaydığı açıqlamada bildirilir ki, sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilmə kimi qiymətləndirilib: “ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar”.

 

 

Şirkətin açıqlamasında media qurumları və internet portallarının əməkdaşları da ittiham olunub: “Verilişdə işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

 

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyişiklik edərək şou verilişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq”.

Xatırladaq ki, Mətanət canlı yayımda Binəqədi rayonunda bağ verən faciə haqda deyib: “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”.

 

Mənbə : Lent.az

ATV-den Metanet AÇIQLAMASI: "Kontekstden çıxarılıb"