İçeriğe geçmek için "Enter"a basın

Yanan qatarın görüntüsü – Video

21-05-2015


xeber –

Bakı-Yalama istiqamətində hərəkət edən qatarda yanğın hadisəsinin videoları yayılıb. Video görüntüləri eksklüziv olaraq ANS əldə edib.

Eksklüziv görüntülər “İç xəbər”in günorta buraxlışında nümayiş edilib. ANS PRESS-də bu videonu təqdim edir.

Xatırladaq ki, Azərbaycan dəmir yolunun Xızı rayonundan keçən hissəsində Keşlədən Yalama istiqamətində hərəkətdə olan sərnişin qatarında yanğın baş verib. Yanğın dəmiryolunun Sitalçay və Yaşma qəsəbələri ərazisində meydana gəlib.

Üç vaqonda yanğın baş verib və bütün sərnişinlər vaqondan dərhal təxliyyə edilib, daha sonra yanğının qarşısı alınıb.

Artıq qatarda hərəkətin bərpa olunub.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb.

Yanğınla bağlı daha ətraflı “İç xəbər”in növbəti buraxlışlarından məlumat əldə bilərsiniz.

Mənbə : Anspress.com

Yanan qatarın görüntüsü – Video