İçeriğe geçmek için "Enter"a basın

Fereh senin üçündür … – Şekil

21-05-2015


xeber –

İki gün öncə 15 nəfərə məzar olan binanın qarşısında keçirilən anım mərasimi davam edir. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ötən gündən başlayan anım mərasimi nəticəsində yanan binanın qarşısında güllərdən təpələr meydana gəlib.

Ötən gündən başayan anım mərasimində yüzlərlə insan iştirak edib. Binanın qarşısna gələnlərin, gül-çiçək, şam yandıranların ardı-arası kəsilmir. Bəzi insanlar körpələrə hörmət əlaməti olaraq özləri ilə oyuncaqlar da gətirib.

Onların arasında tanınmış simalar – Baloğlan Əşrəfov, Murad Dadaşov, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə və sairə məşhurlar da var. Ziyarətçilər bina qarşısında göz yaşı tökür, faciəli şəkildə ölənləri, xüsusilə uşaqları anırlar, dünyasını dəyişənlərin ruhuna dualar oxuyurlar.

Xatıradaq ki, may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər ölüb.




















Mənbə : Anspress.com

Fereh senin üçündür … – Şekil