İçeriğe geçmek için "Enter"a basın

Binaların üzlükleri bele sökülür – Şekil

21-05-2015


xeber –

Binəqədi rayonunda binaların üzünə vurulan tez alışan üzlüklər sökülür.

Bu barədə Binəqədi rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, hazırda rayon ərazisində 4 binanın üzlüyü sökülür.

“Hələlik Azadlıq Prospektində yerləşən binaların üzlükləri təmizlənir. Ümumilikdə rayon ərazisində belə binaların hamısının üzlükləri söküləcək”, – deyə Nuridə Allahyarova bildirib.

Qurum rəsmisi deyir ki, qısa zaman içərisində Prezident İlham Əliyevin tapşırığan əsasən işlər tam şəkildə yekunlaşacaq.

Qeyd edək ki, may ayının 19-da Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binası yanıb. Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı. Faciə nəticəsində 15 nəfər ölüb. Bildirilib ki, yanğın binanın üzünə vurulan tezalışan üzlük səbəbindən daha güclü olub.

Ötən gün Prezident İlham Əliyev yanğın baş verən Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında olub. Binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə tapşırıqlar verib.

FOTO: Polad Qasımov

Mənbə : Anspress.com

Binaların üzlükleri bele sökülür – Şekil