İçeriğe geçmek için "Enter"a basın

Bakı Su İdmanı Merkezinde ilk telim meşq toplantısı

21-05-2015


21.05.2015 / 11:40 xeber –

Bu gün Bakı Su İdmanı Mərkəzinin əsas yarış hovuzu nəhayət ki, idmançıların ixtiyarına verilib.  I Avropa Oyunları öncəsi 20 gənc üzgüçünün iştirakı ilə təlim-məşq keçirilib.

 

Üzgüçülər hovuzda qaydalara uyğun olaraq məşqlərini həyata keçirir, məşqçilər isə I Avropa Oyunlarında iştirak edəcək idmançılara ciddi-cəhdlə yarışın qaydalarını izah edərək onları həm psixoloji, həm də fiziki olaraq yarışlara hazırlayırlar.

 

"Bakı 2015"in idman şöbəsinin direktoru Pirs O Kallaqan hovuzun Olimpiya standartlarına uyğun tikildiyini bildirib: "Mən əminliklə deyə bilərəm ki, idman qurğusu üzgüçülüyün müvafiq növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcək".

 

Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov isə Oyunların daha çox azyaşlını idmanla məşğuliyyətə cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlara ruhlandıracağına ümidvar olduğunu vurğulayıb: "Azərbaycana gələn böyük ənənələrə malik olan Avropa komandaları ilə bir yerdə rəqabət aparmağa hazırıq. Çünki keçən ilin avqust ayından biz bu yarışlara hazırlaşırıq. Biz inanırıq ki, Avropa ilə rəqabətə tam hazırıq".

 

Məşq prosesini izləyən "Bakı 2015"in ulduz elçisi Murad Dadaşov Oyunlar zamanı ailəsi ilə birgə Azərbaycan idmançılarını dəstəkləyəcəyini, idman tamaşasından zövq alacağını deyir: "Azərbaycanın gələcək çempionları burda, bu arenadan çıxacaq. Əminliklə deyirəm ki, milli komandamızın burada keçirilən məşqləri onlara çempion olmaq şansı qazandıracaq".

 

Bakı-2015 I Avropa Oyunları üçün tikilmiş və dünya standartlarına cavab verən arena Oyunlar zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarına ev sahibliyi edəcək. Oyunlar başa çatdıqdan sonra Mərkəz sadə vətəndaşların istifadəsinə veriləcək.

 

Qeyd edək ki, Bakı Su İdmanı Mərkəzi 2000 tamaşaçı tutumuna malikdir.

 

Mənbə : Lent.az

Bakı Su İdmanı Merkezinde ilk telim meşq toplantısı