İçeriğe geçmek için "Enter"a basın

Metanet ağladı: "Körpe uşağıma qarğış edirler" – VİDEO

21-05-2015


21.05.2015 / 11:34 xeber –

 

Aparıcı Mətanət Əliverdiyeva ötən gün söylədiyi “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sözlərinə aydınlıq gətirib. Lent.az-ın məlumatına görə, “Gün üzü” verilişində qonaq olan aparıcı göz yaşlarını saxlaya bilməyib və fikirlərinin cəmiyyətdə səhv anlaşıldığını bildirib: ”Tanıyanlar bilir ki, çox həssas insanam. Xüsusən də uşaqlara qarşı. Hadisə baş verən gün evə gəldim, uşağımı qucaqlayıb, öpdüm. Sadəcə dünən dediyim sözlərin yarısını kəsərək, 14 saniyəlik sosial şəbəkədə paylaşıblar. Heç kimin qarğışı ilə dünyaya gəlməmişəm. Körpə uşağıma qarğış edirlər. Mən sosial şəbəkədə yoxam. Amma mənə dostlarım deyir ki, barəmdə kimlər nə yazıb. Hətta elə insanlar barəmdə yazıblar ki, onlara mən dostum demişəm. Yazıblar ki, ”üzünə tüpürüm”. Bu sözləri yazan insanlara ar olsun”. 

 

 

Mənbə : Lent.az

Metanet ağladı: "Körpe uşağıma qarğış edirler" – VİDEO