İçeriğe geçmek için "Enter"a basın

İraq İŞİD-e qarşı silahlanır

21-05-2015


xeber –

ABŞ hazırda İraq ilə bağlı strategiyasını yenidən nəzərdən keçirir. Buna səbəb Ağ ev administrasiyasını İŞİD ilə bağlı siyasətin respublikaçılar tərəfindən sərt tənqid olunması, daha sərt mövqe nümayiş etdirilməsinin vacibliyidir.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

O deyib ki, yeni strategiyaya əsasən, Birləşmiş Ştatlar gələn ay İraqa 1000 ədəd tank əleyhinə silah verəcək. Məqsəd İŞİD terrorçu qruplaşmasının intiharçı hücumlarının qarşısını almağa kömək göstərməkdir.

Onun sözlərinə görə, İŞİD məhz belə hücumların köməyi ilə Ramadi şəhərini tutub. Ramadiyə hücum zamanı İŞİD intiharçı qrupların törətdiyi güclü partlayışlardan istifadə edib və bundan sonra 30-dək “Humvee” tipli maşın şəhərə daxil olub.

Mənbə : Anspress.com

İraq İŞİD-e qarşı silahlanır