İçeriğe geçmek için "Enter"a basın

“Azerişıq” da "Elektron hökumete" qoşuldu

21-05-2015


21.05.2015 / 11:19 xeber –

 

Dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron Hökumət” portalının təkmilləşdirilməsi, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə daha bir dövlət qurumu portala inteqrasiya edildi.

 

ASC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Azərişıq” ASC portala qoşulub və bu gün “Texniki Şərt üçün müraciət forması” adlı elektron xidmət portal üzərindən vətəndaşlara təqdim edib.

 

Sözügedən elektron xidmət vasitəsilə istifadəçilər elektrik təchizatına qoşulmaq üçün texniki şərtlərin verilməsi barədə “Azərişıq” ASC-yə müraciət edə biləcəklər. İstifadəçi portalda qeydiyyatdan keçib xidmətə daxil olan zaman onun şəxsiyyət vəsiqəsində olan məlumatlar İAMAS-dan götürülərək avtomatik olaraq doldurulur.

 

Qeyd edək ki, “Azərişıq” ASC-nin 100 minə yaxın abunəçi üzrə ev telefon nömrəsi və FİN üzrə məlumatlar MHM tərəfindən təyin edilərək "Azərişıq" ASC-ə təqdim edilib. Bu istiqamətdə işlər davam etdirilir və birinci mərhələdə Bakı şəhəri üzrə abunəçilər, ikinci mərhələdə isə region abunəçiləri (əvvəlki Azərnerji abunəçiləri) üzrə məlumatların portala inteqrasiyası nəzərdə tutulur. Hazırda, "Azərişıq" ASC üzrə bir neçə digər xidmətlərin elektronlaşdırılaraq portala interqasiyası üzərində birgə işlər aparılır. Bu elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı artıq 420-yə çatıb.

Mənbə : Lent.az

“Azerişıq” da "Elektron hökumete" qoşuldu