İçeriğe geçmek için "Enter"a basın

“LOTU QULİ” azadlığa buraxılıb – “Hazırda Gürcüstandadır” (Yenilənib)

24-10-2017


[r32]
Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (“Lotu Quli”) az öncə azadlığa buraxılıb. Bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətməkdə ittiham olunub.
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.

***

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov “Modern.az”-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib. Bu barədə məlumat məhkumun özü, ailə üzvləri və yaxınlarına verilə bilər:“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.

Lakin Nadir Səlifovun (“Lotu Quli”) azadlığa buraxıldığını virtualaz.org-a Ədliyyə Nazirliyindən təsdiq ediblər. Hazırda “Lotu Quli” Gürcüstandadır.

***
Məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.
Lotu Qulinin həbsxanadakı son fotosu yayıldı

Kriminal avtoritet Nadir Səlifovun (Quli) həbsxanadakı son fotosu yayılıb. İddialara görə bu onun azad edilməmişdən az əvvəlki fotosudur.

Musavat.com xəbər verir ki, foto sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.

Qeyd edək ki, Quli 96-cı ildə xüsusilə ağır cinayət törətməkdə ittiham olunub və üst -üstə açılan əlavə cinayət işləri əsasında 21 ildir həbsxanada cəza çəkirdi.

“LOTU QULİ” azadlığa buraxılıb – “Hazırda Gürcüstandadır” (Yenilənib)