İçeriğe geçmek için "Enter"a basın

İxtisasca texnoloq yeni icra başçıları – ARAYIŞ

28-01-2015


28.01.2015 / 10:25 xeber –

Prezident İlham Əliyev dünən Göyçay və Ucar rayonlarına yeni icra başçıları təyin edib. Lent.az yeni icra başçıları haqqında məlumatı oxuculara təqdim edir:

Göyçayın icra başçısı Mübariz Ağayev: 1 sentyabr 1953-cü ildə Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur.

1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd istehlakı cəmiyyətində, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində çalışıb.

2006-2007-ci illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

Azərbaycan Respublikası prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.28 avqust 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Dünən isə o, yenidən Göyçaya icra başçısı təyin edildi.

 

Ucarın yeni icra başçısı – Məmmədov Mənsur Həmzə oğlu 20 aprel 1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan olub.1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə bitirib.

14 dekabr 2007-ci ildən Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Mənsur Məmmədov 2007-ci ilə qədər Zərdabda da icra başçısı vəzifəsində işləyib. Həmin ildən isə Göyçaya rəhbərlik edib. Dövlət başçısının dünən imzaladığı sərəncamla M. Məmmədov Ucara icra başçısı təyin edildi.

 

 

Mənbə : Lent.az

İxtisasca texnoloq yeni icra başçıları – ARAYIŞ