İçeriğe geçmek için "Enter"a basın

İsrail Suriyaya hava zerbeleri endirdi

28-01-2015


28.01.2015 / 07:24 xeber –

İsrail aviasiyası Suriya ərazisində hədəflərə zərbələr endirib.  APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, buna səbəb Qolan yüksəkliklərinin olduğu əraziyə raket zərbələrinin endirilməsi göstərilir.  “Ediot Axronot” qəzetinin məlumatına görə, atəş açıldığını xəbərdar edən xüsusi sistem El Rom, Neve Ativ və bir neçə digər yaşayış məntəqələrində işə düşüb.

 

Bundan əvvəl Qolan yüksəkliklərinin şimal hissəsinə Suriya tərəfindən iki raket atılmışdı. Bundan sonra İsrail ordusu  Suriya ərazisində olan hədəflərə zərbələr endirib.

Mənbə : Lent.az

İsrail Suriyaya hava zerbeleri endirdi