İçeriğe geçmek için "Enter"a basın

Göygöl rayon sakini atdan yıxılaraq ağır xesaret alıb

27-01-2015


27.01.2015 / 23:29 xeber –

Göygöldə 16 yaşlı oğlan atdan yıxılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zurnabad kəndində baş verib. Hacıməlik kənd sakini, 1999-cu il təvəllüdlü Bayram Davud oğlu Abdullayev kənddə at çapan zaman yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan B. Abdullayev reanimasiya şöbəsinə yerləşdirilib.

Mənbə : Lent.az

Göygöl rayon sakini atdan yıxılaraq ağır xesaret alıb