İçeriğe geçmek için "Enter"a basın

Bakıda 'Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu' adlı beynəlxalq konqres keçiriləcək

25-09-2017

[r32]

25 Sentyabr, 2017  18:31 xeber – Bakıda “Avrasiya təhsil məkanında dillərin və mədəniyyətlərin dialoqu” adlı beynəlxalq konqres keçiriləcək.
Azərbaycandakı Rus icmasından “Report”a verilən məlumata görə, tədbir sentyabrın 27-30-da təşkil olunacaq.
Tədbirin təşəbbüskarı qismində Rusiyanın Elm və Təhsil Nazirliyi və Moskva Dövlət Pedaqoji Universiteti çıxış edib.
Konqresin işində təhsil işçiləri, universitet rəhbərləri, Azərbaycan, Bolqarıstan, Türkiyə, MDB ölkələrindən və Rusiyanın regionlarından olan müəllimlər iştirak edəcəklər.
Konqresdən əvvəl Rusiyadan kənarda yaşayan rusdillilərin Moskvadakı Evinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasına rusiyalı yazıçıların müəllifi olduğu 300 kitab hədiyyə edəcək.

mənbə :
Report.az

Bakida 'Avrasiya tehsil mekaninda dillerin ve medeniyyetlerin dialoqu' adli beynelxalq konqres kecirilecek