İçeriğe geçmek için "Enter"a basın

Prezident İlham Əliyev sinqapurlu həmkarına təbrik məktubu ünvanlayıb

25-09-2017

[r32]

25 Sentyabr, 2017  17:54 xeber – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.
“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:
“Hörmətli xanım Prezident,
Sinqapur Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sinqapur xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

mənbə :
Report.az

Prezident İlham Eliyev sinqapurlu hemkarina tebrik mektubu unvanlayib