İçeriğe geçmek için "Enter"a basın

Proqnoz: Dollar ilin sonuna qədər 4% möhkəmlənə bilər

25-09-2017

[r32]

25 Sentyabr, 2017  14:57 xeber – ABŞ dollarının əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 2017-ci ilin sonuna qədər 4%-ə yaxın möhkəmlənə bilər. “Report”un analitik qrupu bildirir ki, dolların möhkəmlənməsi üçün bir sıra səbəb yaranıb. Birincisi, dollar avro ilə müqayisədə bu ilin əvvəlindən həddindən artıq çox – 14,8% ucuzlaşıb. Belə bir ucuzlaşma üçün isə heç bir əsaslı səbəb yoxdur.
İkincisi, ABŞ-da uçot dərəcəsi hazırda 1-1,25% olduğu halda, Avropada 0% təşkil edir. FED balansını azaltmağa başlayarsa, Avropa Mərkəzi Bankı hələ monetar stimullaşdırmanı davam etdirir.
Üçüncüsü – FED-in ilin sonuna qədər uçot dərəcəsini bir dəfə də artırma ehtimallarının artması və 2018-ci ilin əvvəlindən balansını daha sürətlə azaltmağa başlayaraq maliyyə bazarlarında dollar qıtlığı yaradacağı amilidir.
Dördüncüsü – Almaniyada dünən keçirilən parlament seçkilərinin nəticələrinin avro üçün yaratdığı təhlükədir. Belə ki, siyasi tənqidçilər yaranan koalisiya hökumətinin 4 il sonra keçiriləcək növbəti seçkilərə qədər davam etməyəcəyini düşünürlər.
“Sadalanan amillərin avronu ucuzlaşdıracağı, dolları möhkəmləndirəcəyi proqnozlaşdırılır. 2018-ci ilin əvvəlində dolların yenidən bir qədər ucuzlaşması gözlənilsə də, II yarımillikdən etibarən möhkəmlənmə prosesinin sürətlənərək avronun məzənnə paritetindən aşağı düşməsi ehtimal edilir”, – deyə “Report”un analitikləri əlavə ediblər.

mənbə :
Report.az

Proqnoz: Dollar ilin sonuna qeder 4% mohkemlene biler