İçeriğe geçmek için "Enter"a basın

Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

25-09-2017

[r32]

25 Sentyabr, 2017  11:43 xeber – Bu gün Bakı-Böyük Kəsik istiqamətində Kürdəmir-Karrar mənzilində 8,7 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması Layihəsi”nin II mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci il oktyabrın sonunda başlanılıb və bu günə kimi 350 km dəmir yolu əsaslı təmir olunub.

mənbə :
Report.az

Kurdemir-Karrar demir yolunun temirine baslanilib