İçeriğe geçmek için "Enter"a basın

Moldova polisi velosipedlə xidmət aparacaq

01-09-2017

[r32]

1 Sentyabr, 2017  04:35 xeber – Yaxın vaxtlarda Moldovanın paytaxtı Kişinyovda polis əməkdaşları velosipedlə patrul xidmətinə başlayacaq.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Moldova Baş Polis Müfəttişliyinin rəisi Aleksandru Pınzar məlumat verib.
O, əlavə edib ki, 22 polis əməkdaşı lazım olan imtahandan müvəffəqiyyətlə keçib. A.Pınzar yeni missiyalarında ictimai təhlükəsizliyi qoruyacaq asayiş keşikçilərinə uğurlar arzulayıb.
Velosipeddə patrul xidməti aparacaq polislər dəbilqə və xüsusi avadanlıqlarla təchiz olunublar. Sözügedən layihə ABŞ-ın Moldovadakı səfirliyinin dəstəyilə həyata keçirilib.

mənbə :
Report.az

Moldova polisi velosipedle xidmet aparacaq