İçeriğe geçmek için "Enter"a basın

Bakının Xətai rayonunda minaatan mərmisi aşkar olunub

01-09-2017

[r32]

1 Sentyabr, 2017  03:06 xeber – Avqustun 31-də Bakının Xətai rayonunun NZS qəsəbəsi kimi tanınan ərazisində minaatan mərmisi aşkar olunub.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya məlumat daxil olub.
Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Mütəxəssislər tərəfindən həmin ərazidə Aşıq Qurban küçəsi 25 ünvanına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş minaatan mərmisinin ətrafında 900 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

mənbə :
Report.az

Bakinin Xetai rayonunda minaatan mermisi askar olunub