İçeriğe geçmek için "Enter"a basın

DÇ-2018: Avropa zonası üzrə təsnifat mərhələsində VII tura start verilib

01-09-2017

[r32]

1 Sentyabr, 2017  01:12 xeber – Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsində VII tura start verilib.
“Report”un məlumatına görə, ilk oyun günündə A, B və H qruplarında ümumilikdə 9 görüş keçirilib.
Bu oyunlarda qapılara ümumilikdə 37 qol vurulub. Mərkəzi qarşılaşmada Fransa Hollandiyanı 4 cavabsız qolla üstələyib. Portuqaliya da Farer adalarını 4 top fərqi ilə yenib. Qalib komandanın heyətində Kriştianu Ronaldu het-trik edib. Belçika isə Cəbəllütariqin qapısından 9 cavabsız top keçirib. Gecənin sensasiyası isə Lüksemburqun Belarusu yenməsi olub.
DÇ-2018, Seçmə qrup mərhələsi
31 avqust
VII tur
A qrupu
22:45. Fransa – Hollandiya – 4:0
Qollar: Antuan Qrizmann, 14. Tomas Lemar, 73; 88. Kilian Mbappe, 90+1
22:45. Bolqarıstan – İsveç – 3:2
Qollar: Stanislav Manolev, 12. Georgi Kostadinov, 33. İvaylo Qoçev, 79 – Mikael Lustiq, 29. Markus Berq, 44
Yerinə yetirilməyən penalti: Emil Forsberq, 16-penalti ilə (İsveç)
22:45. Lüksemburq – Belarus – 1:0
Qol: Daniel Da Mota, 60
Xal durumu: Fransa – 16, İsveç – 13, Bolqarıstan – 12, Hollandiya – 10, Belarus – 5, Lüksemburq – 4
B qrupu
22:45. Macarıstan – Latviya – 3:1
Qollar: Tamaş Kadar, 6. Adam Solay, 26. Balaj Cucak, 68 – Gints Freymanis, 40
22:45. İsveçrə – Andorra – 3:0
Qollar: Haris Seferoviç, 43; 63. Ştefan Lixştayner, 67
22:45. Portuqaliya – Farer adaları – 5:1
Qollar: Kriştianu Ronaldu, 3; 29-penalti ilə; 65. Sölvi Vatnhamar, 58. Nelson Oliveyra, 84 – Roqvi Baldvinsson, 38
Xal durumu: İsveçrə – 21, Portuqaliya – 18, Macarıstan – 10, Farer adaları – 5, Andorra – 4, Latviya – 3
H qrupu
22:45. Yunanıstan – Estoniya – 0:0
22:45. Kipr – Bosniya və Herseqovina – 3:2
Qollar: Dmitris Kristofi, 65. Vinsent Laban, 67. Pyeros Sotiryu, 76 – Tom Şunyiç, 33. Edin Vişça, 44
22:45. Belçika 3–0 Cəbəllütariq – 9:0
Qollar: Dris Mertens, 16. Tomas Mönyö, 18; 61; 67. Romelu Lukaku, 21; 38; 84-penalti ilə. Aksel Vitsel, 27. Eden Azar, 45
Qırmızı vərəqə: Aksel Vitsel, 40 – Erin Barnett, 82
Xal durumu: Belçika – 19, Yunanıstan – 13, Bosniya və Herseqovina – 11, Kipr – 10, Estoniya – 5, Cəbəllütariq – 0.

mənbə :
Report.az

DC-2018: Avropa zonasi uzre tesnifat merhelesinde Vİİ tura start verilib