İçeriğe geçmek için "Enter"a basın

Kütlevi hebs meselesi MM-de

15-05-2015


xeber –

Son günlər ölkədə iş adamlarının saxlanması barədə məsələ Milli Məclisin bu günki iclasında da müzakirə edilib.

ANS PRESS-in məlumatına görə, deputat Zahid Orucun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olaraq qiymətləndirilir.

“Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalırlar. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar bu zaman borclu deyillər”.

Onun sözlərinə görə, dövlət başçısı ötən gün bir daha qeyd edib ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin.

Milli Məclis sədri Oqtay Əsədov da məsələyə qarışıb. O, ajiotaj yaradanların kimlər olduğunun bilindiyini deyib. “Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür”.

Mənbə : Anspress.com

Kütlevi hebs meselesi MM-de