İçeriğe geçmek için "Enter"a basın

Con Kerri ile Mehemmed Zerifin gizli görüşü olub

24-01-2015


24.01.2015 / 07:48 xeber –

Davos İqtisadi Forum çərçivəsində ABŞ və İran xarici siyasət idarələrinin rəhbərləri Con Kerri və Məhəmməd Zərif arasında görüş olub. APA-nın məlumatına görə, bu barədə “Röyters” ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən xəbər verir.

 

Məlumata görə, görüş bir saatadək davam edib. Danışıqlar mövzusunun İran nüvə proqramının olduğu bildirilir. Hər-hansı bir razılaşmanın əldə olunması barədə məlumat verilmir.

 

Qeyd edək ki, bundan əvvəl Məhəmməd Zərif  forum çərçivəsində çıxışı zamanı bildirmişdi ki, ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi  Cenevrədə Tehran və “altılıq” arasında əldə edilmiş razılaşmanı poza bilər.  Konqresin İrana qarşı yeni sanksiyalar tətbiq etmək ideyasını prezident Barak Obama və ABŞ-ın  BMT-dəki daimi nümayəndəsi Samanta Pauer də pisləyib. 

Con Kerri ile Mehemmed Zerifin gizli görüşü olub