İçeriğe geçmek için "Enter"a basın

Moskvada azerbaycanlılardan ibaret deste tutuldu

24-01-2015


24.01.2015 / 07:22 xeber –

Moskva polisi sahibkara basqın etməkdə ittiham olunan cinayətkar dəstənin üzvlərini zərərsizləşdirib.

 

ANS PRESS-in məlumatına görə, bu haqda Moskva polisi xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Moskvanın cənub hissəsində cinayəti törətməkdə şübhəli bilinənlər saxlanılıb.

 

22-48 yaş arasında olan bu qrupun 4 üzvü Azərbaycanda anadan olub. Həmin şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib.

 

Xəbərdə o da qeyd olunur ki, dəstə üzvləri dekabrın əvvəlində Azərbaycandan olan bir iş adamına basqın edərək, həmin şəxsin 300 min rublunu almaqda da şübhəli bilinirlər.

Moskvada azerbaycanlılardan ibaret deste tutuldu