İçeriğe geçmek için "Enter"a basın

Bakıda bomba heyacanı: zibil qutusundan döyüş sursatları tapıldı

24-01-2015


24.01.2015 / 00:12 xeber –

Bakının Nərimanov rayonunda istifadəyə yararlı silah-sursat tapılıb.

 

APA-nın məlumatına görə,  Nərimanov rayonu Əliyar Əliyev 114 ünvanında zibil qutusunda sellofan torbada silah-sursatın aşkarlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə Çevik Qrupunun mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

FHN-in mütəxəssisləri zibil qutusundakı torbaya baxış keçirərkən 2 ədəd  istifadəyə yararlı "F-1" əl qumbarası  və 2 ədəd qumbarası zapalı aşkar ediblər.

 

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Döyüş sursatları hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda bomba heyacanı: zibil qutusundan döyüş sursatları tapıldı