23.01.2015 / 14:31 xeber –
Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüb.
Milli Məclisdən APA-ya verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər.
Dəfn mərasimi bu gün keçiriləcək.
Mənbə : Lent.az