İçeriğe geçmek için "Enter"a basın

Yemende hakimiyyeti devrilden üsyançı liderden teklif

23-01-2015


23.01.2015 / 03:48 xeber –

Yəməndə şiə üsyançıların lideri Əbdül Malik Husi prezident şurası  yaratmağı təklif edib. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər verir.   

 

“Mən nüfuzlu inqilabi və siyasi xadimlərdən ibarət prezident şurası  yaratmağı təklif edirəm. Şuraya ordu, təhlükəsizlik orqanları və xalq komitələri daxil olmalıdır ki, qoy hamı ölkənin idarəetməsində iştirak edə bilsin”, deyə Husi bildirib.    

 

O qeyd edib ki, hazırda Yəmən təhlükəsizlik, sabitlik, sakitlik və çiçəklənmə istiqamətində irəliləyir.  

 

Qeyd edək ki, bir müddət əvvəl Yəmən prezidenti Abd Rabbo Mənsur Hadi istefa verib. Bundan bir neçə saat əvvəl isə hökumət istefa verməyi qərara alıb. 

 

Lakin, Yəmən parlamenti prezident Abd Rabbo Mənsur Hadinin istefasını qəbul etməkdən imtina edib və sabah səhərə növbədənkənar iclas təyin edib. 

Mənbə : Lent.az

Yemende hakimiyyeti devrilden üsyançı liderden teklif