İçeriğe geçmek için "Enter"a basın

Bakıda atasını baltalayan gence HÖKM OXUNDU

22-01-2015


22.01.2015 / 12:08 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Şamil Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ş. Rzayev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən il may ayında Bakı şəhəri Türkan qəsəbəsində baş verib. Üzümçülük sovxozunda yaşayan 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Mənbə : Lent.az

Bakıda atasını baltalayan gence HÖKM OXUNDU