İçeriğe geçmek için "Enter"a basın

Merkezi bankdan rubl qerarı

01-05-2015


xeber –

Rusiyanın Mərkəzi Bankı rublun əsas payının 12,5%-dək azalması haqqında qərar verib və bunun fonunda milli valyuta yenidən möhkəmlənib.

ANS PRESS-in məlumatına görə, bankdan bildirilib ki, faiz siyasəti ilə bağlı Rusiya Mərkəzi Bankının Direktorlar Şurasının iclasında maliyyə naziri Anton Siluanov və iqtisadi inkişaf naziri Aleksey Ulyukaev də iştirak ediblər.

Mərkəzi Bank rublun kəskin zəifləməsi fonunda ötən il dekabrın 16-da əsas payı 10,5%-dən 17%-dək kəskin yüksəltdi. Həmin gün bir avronun birja qiyməti 100 rubl, dollar isə 80 rubl oldu. Mərkəzi Bank yanvarda payı 15%-ə, martda 14%-ə qədər azaltdı. Bu, gözlənilən inflyasiyanı və devalvasiyanı sabitləşdirmək məqsədilə olunub.

İqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, indi belə qərar üçün vəziyyət kifayət qədər əlverişlidir.

Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç söyləyib ki, Mərkəzi Bank əsas payın sonrakı azalması üzrə də qərar qəbul edəcək və bu, iqtisadiyyat üçün verilən kreditlərin dəyərini azaltmağa imkan verəcək.

Bildirək ki, Mərkəzi Bankın bu qərarı rublun dollara və avroya nisbətdə qiymətinin azalmasına səbəb olub. Buna Moskva birjasının məlumatları şahidlik edir. Cümə axşamı Rusiya bankı mayın 5-dən etibarən əsas payın 14%-dən 12,5%-dək azaltmağa qərar verib.

Mənbə : Anspress.com

Merkezi bankdan rubl qerarı