İçeriğe geçmek için "Enter"a basın

Bakıda maskalı cinayetkarlar bacı-qardaş imiş – TƏFƏRRÜAT

21-01-2015


21.01.2015 / 13:10 xeber –

Onlar silahlı basqın ediblər

Bakıda quldurluq etmiş şəxslər yaxalanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri –  Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutulublar.

 

Qeyd edək ki, yanvarın 19-da adları yuxarıda qeyd edilən bacı-qardaş Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əlimərdanov Xəyal Qabil oğlu ilə birlikdə N.Kərimovun yaşadığı evə soxulublar. Maska geyinmiş 3 nəfər ev sahibini silahla hədələyərək pul və qızıl tələb ediblər. Lakin ev sahibi və ailə üzvləri çığır-bağır salaraq aktiv müqavimət göstəriblər. Bu zaman N.Kərimov maskalı şəxslərdən birini yaxalamağı da bacarıb. Vəziyyətin çətinləşdiyini görən bacı-qardaş isə uzaqlaşıb.

 

Ev sahibi yaxaladığı şəxsi polisə təhvil verib. Aparılan araşdırmalardan sonra cinayətin digər iştirakçıları da tutulub.

Mənbə : Lent.az

Bakıda maskalı cinayetkarlar bacı-qardaş imiş – TƏFƏRRÜAT