İçeriğe geçmek için "Enter"a basın

Fransada terror teşkil etmekde şübheli bilinen beş çeçen saxlanılıb

20-01-2015


20.01.2015 / 17:57 xeber –

Fransa hüquq-mühafizə orqanlarının Bezye və Monpelye şəhərlərində həyata keçirdiyi əməliyyat nəticəsində terror aktı təşkil etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb.

 

APA-nın Fransanın “Le Monde” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli prokuror İvon Kalve məlumat verib.

 

Prokurorun sözlərinə görə, saxlanılanların hər biri çeçendir.

 

Reyd zamanı polis xeyli sayda partlayıcı maddə də aşkarlayıb.

 

Araşdırmalar davam edir.

Mənbə : Lent.az

Fransada terror teşkil etmekde şübheli bilinen beş çeçen saxlanılıb