İçeriğe geçmek için "Enter"a basın

Tehsilin 12 illik standartları müeyyenleşecek – AZƏRBAYCANDA

20-01-2015


20.01.2015 / 11:00 xeber –

Nazirlər Kabineti gələn il 12 illik ümumi təhsilin milli məzmun və qiymətləndirilmə standartlarını təsdiq edəcək.

 

APA-nın məlumatıma görə, bu, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda əksini tapıb.

 

Təhsil Nazirliyi isə 2016-2017-ci illərdə 12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanmasını, 2017-2021-ci illərdə 12 illik ümumi təhsilin nümunəvi kurikulumları üzrə təlimlərin təşkili və kurikulumların tətbiqini təmin etməlidir.

Mənbə : Lent.az

Tehsilin 12 illik standartları müeyyenleşecek – AZƏRBAYCANDA