İçeriğe geçmek için "Enter"a basın

Rusiya İrevana adam gönderdi

19-01-2015


19.01.2015 22:44 xeber –

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Rusiya hərbi qulluqçusu barəsində araşdırmanın koordinasiyası üçün İrəvana gəlib.

ANS PRESS-in məlumatına görə, bu haqda Rusiya Federasiyasının İK rəsmi nümayəndəsi Vladimir Markin bildirib.

“Rusiyanın İstintaq komitəsinin sədri Aleksandr Bastırkin Rusiya hərbi qulluqçusu Valeri Permyakov barəsində cinayət işinin araşdırılması üzrə hərbi müstəntiqlərin işinin koordinasiyası üçün İrəvana gəldi”, – deyə Markin açıqlama verib.

Bastırkin cinayətin obyektiv və tam araşdırılması üçün Ermənistanın hüquq-mühafizə orqanları ilə sıx və qarşılıqlı şəkildə işləyəcək.

Qeyd edək ki, Gümrüdə Valeri Permyakov bir erməni ailəsinin 6 üzvünü öldürmüşdü.

Mənbə : Anspress.com

Rusiya İrevana adam gönderdi