İçeriğe geçmek için "Enter"a basın

Ukrayna yene alov içinde

19-01-2015


19.01.2015 21:11 xeber –

Ukraynada Mariupol ətrafında bütün istiqamətlər üzrə döyüşlər gedirlər.

ANS PRESS-in məlumatına görə, bu haqda kəşfiyyat batalyonunun komandir köməkçisi Konstantin Parşın açıqlama verib.

Onun sözlərinə görə, ən ağır vəziyyət Qranitni yaşayış məntəqəsində yaranıb.

“Mərmilər o qədər güclüdür ki, mənzildə şüşələr əsir. Separatçılar Ukrayna hərbi qulluqçularının mövqelərinə artilleriyadan və “Qrad”lardan atəş açırlar”, – deyə Parşın bildirib.

“Dnepr-1” batalyonundan bildirilib ki, Ukrayna hərbi qulluqçularının mövqeləri Rusiya meyilli separatçılar tərəfindən Telmanovsk və Sartana qəsəbəsi ərazisindən atəşə tutulur.

Mənbə : Anspress.com

Ukrayna yene alov içinde