İçeriğe geçmek için "Enter"a basın

Hakim futbolçunun burnunu sındırdı – Video

19-01-2015


19.01.2015 20:48 xeber –

Futbol hakimi Hollandiyanın aşağı liqalarından birinin oyunu zamanı dirsək zərbəsi ilə oyunçunun burnunu sındırıb.

ANS PRESS-in məlumatına görə, hadisə “Barendrext” və “Sxeveningen” komandalarının oyununda baş verib.

Epizodlardan birində hakim Vim Brosvort qayda pozuntusu qeydə alıb və bunu əl işarəsi ilə göstərib. Lakin, o, əlini geniş açarkən dirsəyi sol tərəfdə qaçan “Sxevening”li futbolçu Mitçell van Qastelin sifətinə dəyib.

Nəticədə futbolçunun burnu sınıb. 24 yaşlı futbolçu dərhal xəstəxanaya aparılıb.

Mənbə : Anspress.com

Hakim futbolçunun burnunu sındırdı – Video