İçeriğe geçmek için "Enter"a basın

ABŞ Rusiya ile savaşa girir?

19-01-2015


19.01.2015 20:34 xeber –

ABŞ ordusunun Quru Qoşunları komandanlığının xüsusi nümayəndəsi bu həftə Ukraynaya gələcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin spikeri Vladislav Selenyev açıqlama verib.

O, bildirib ki, bu həftə Ukraynaya ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığının nümayəndə heyəti gələcək.

Onun sözlərinə görə, nümayəndə heyəti ilə Ukraynanın şərqində son günlər daha da artan gərginlik və Ukrayna ordusuna yardım məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Ukraynanın bəzi kütləvi informasiya vasitələri ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanlığının nümayəndə heyəti Kiyevə səfərini ABŞ-ın Ukraynaya yaxın vaxtlarda qoşun göndərəcəyi kimi dəyərləndiriblər.

Mənbə : Anspress.com

ABŞ Rusiya ile savaşa girir?