İçeriğe geçmek için "Enter"a basın

Herbçilerimiz şehidlerimizi yad etdi – Şekil

19-01-2015


19.01.2015 20:25 xeber –

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbirlər həyata keçirilir.

ANS PRESS-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumaat görə, yanvarın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib.

Əvvəlcə Heydər Əliyevin, 20 yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Sonra Azərbaycan Televiziya və Radiosu Niyazi adına Dövlət Simfonik Orkestrinin, Cahangir Cahangirov adına xorun və solistlər Ramil Qasımov, Aytac Şıxəlizadə, Bəyimxanım Vəliyevanın ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib, məşhur tarzən, xalq artisti, dövlət mükafatı laureatı Ramiz Quliyev tarda “Qanlı yanvar lövhələri”, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu isə “Azadlığa gedən yollar” kompozisiyalarını təqdim ediblər.

Mənbə : Anspress.com

Herbçilerimiz şehidlerimizi yad etdi – Şekil