İçeriğe geçmek için "Enter"a basın

Bekhemin avtomobili herraca çıxarıldı – Şekil

19-01-2015


19.01.2015 18:20 xeber –

İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhemin qəzaya uğramış avtomobili ebay-da hərraca çıxarılıb.

ANS PRESS-in məlumatına görə, onlayn-hərraca çıxarılmış “Audi” markalı avtomobilin ilkin qiyməti 43 min avrodur.

Qəza Bekhem 15 yaşlı oğlu Bruklini London “Arsenal”ının məşq bazasından evə gətirərkən baş verib. Şahidlərin sözlərinə görə qarşıdan gələn avtomobil sürət həddini aşaraq, sabiq futbolçunun idarə etdiyi avtomobili vurub.

Bekhemlər ailəsindən ciddi xəsarət alan olmayıb və ata-oğul maşından özləri çıxıblar.

İndi Qərbi Yorkşir kompaniyası ebay vasitəsi ilə avtomobili satışa çıxarıb. Mütəxəssislərin rəyinə görə, Audi RS6 Bekhemin avtomobilə görə ödədiyi puldan 2 dəfə ucuz satılır.

Mənbə : Anspress.com

Bekhemin avtomobili herraca çıxarıldı – Şekil