İçeriğe geçmek için "Enter"a basın

Separatçılar geri çekildi

19-01-2015


19.01.2015 16:51 xeber –

Ukraynanın Donetsk aeroportuna doğru hücuma keçmiş separatçıların növbəti hücumu dəf edilib.

ANS PRESS UNİAN agentliyinə istinadən məlumat verir ki, bunu Ukraynanın Baş Qərargahından bildiriblər. Donetsk aeroprtunun müdafiəçilərinə silah-sursat və ərzaq çatdırılıb. Separtçıların hücumunun dəf edildiyi bildirilsə də aeroportun ərazisində vəziyyətin ağır olduğu bildirilir. Ukrayna “kibork”ları mövqe tutaraq separatçıların yeni hücumunu gözləyirlər.

Aeroporta nəzarət uğrunda təşkil edilmiş son hücumlar nəticəsində 3 Ukrayna hərbçisi həlak olub. Ukrayna ordusun 66 hərbçi isə yaralanıb. Separatçıların itkiləri barədə məlumat verilmir.

Bu arada separatçı Luqansk Xalq Respublikası qüvvələri iki qırıcı Su-25 və L-29 təlimçi təyyarəsindən ibarət öz Hərbi Hava Qüvvələrinin yaradıldlığını elan edib.

Mənbə : Anspress.com

Separatçılar geri çekildi