İçeriğe geçmek için "Enter"a basın

Dünya bu qadından danışır – Şekil

19-01-2015


19.01.2015 16:43 xeber –

Polşa dünyanın ən gözəl prezidentlərinə birinə sahib ola bilər. ANS PRESS-in məlumatına görə, Polşada solçular daha çox səs qazana bilmək üçün maraqlı addım atıblar. SLD partiyası sarışın və cazibədar xanım namizəd irəli sürüb. Maqdalena Ogorek gözəlliyi ilə rəqiblərini indidən kölgədə qoya bilib.

35 yaşlı Maqdalena gözəlliyi ilə hamını heyran qoyur. Tarix üzrə elmi dərəcəsi olan qadın bir çox kitabın da müəllifidir.

Polşa xalqı daha öncə aparıcılıq və serial oyunculuğu ilə də məşğul olan Maqdalenanı yaxından izləyir. Sarışın gözəlin idarəçiliklə bağlı heç bir təcrübəsi yoxdur.

Əvvəlcə lideral demokratik partiyanın namizədini zarafat olduğu hesab edilib. Lakin sonradan qadının namizədliyi rəsmi şəkildə elan edilib.

İddialara görə, partiya sarışın gözəlin namizədliyini sırf daha çox səs toplamaq üçün irəli sürüb.

İndi demək olar ki, hamı siyasətdən çox Maqdalenanın gözəlliyindən danışır. O, nəinki Polşa, hətta dünyanın da gündəminə düşə bilib.









Mənbə : Anspress.com

Dünya bu qadından danışır – Şekil