İçeriğe geçmek için "Enter"a basın

Azerbaycanlılar Şerqi Ukraynaya yardım konvoyu gönderdiler – Şekil

19-01-2015


19.01.2015 15:49 xeber –

Ukraynada yaşayan azərbaycanlılar ölkənin şərqində baş verən anti terror döyüşlərində yaralananlara növbəti humanitar yardım konvoyu göndəriblər.

ANS PRESS-in Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə (BUAK) istinadən verdiyi məlumata görə, yardım kampaniyası konqres sədri Rövşən Tağıyevin və konqresin Dnepropetrovski vilayəti üzrə sədri Qüdrət Hacıyevin təşkilatçılığı ilə baş tutub.

Yardım kampaniyasına “UAZ” avtomobilləri, 3 tondan çox ərzaq və müalicə ləvazimatları təşkil edib. Bildirilib ki, Ukraynada yaşayan azərbaycanlılar ölkədəki antiterror mübarizəsində həmrəydirlər və belə humanitar aksiyalar yenə davam edəcək.

























Mənbə : Anspress.com

Azerbaycanlılar Şerqi Ukraynaya yardım konvoyu gönderdiler – Şekil